Bank Of Baku

Niyazinin əsərləri London Royal Filarmonik Orkestrinin ifasında səslənəcək

Niyazinin əsərləri London Royal Filarmonik Orkestrinin ifasında səslənəcək
# 26 iyul 2012 13:32 (UTC +04:00)
Bu barədə APA-ya Qəbələ IV Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, xalq artisti Fərhad Bədəlbəyli deyib. O bildirib ki, Niyazinin əsərləri orkestrin ifasında elə sözügedən festival çərçivəsində təqdim olunacaq: “Orkestrin ifasında möhtəşəm konsert görkəmli dirijor Niyazinin 100 illiyi ilə əlaqədar keçiriləcək yubiley tədbirində təqdim olunacaq. İyulun 29-da keçiriləcək yubiley tədbirində Üzeyir Hacıbəylinin “Koroğlu” operasında uvertüra, Niyazinin “Arzu, “Qaytağı”, “Vətən” haqqında mahnı, “Rast” simfonik muğamı səslənəcək. Konsertdə dirijorlar Yalçın Adıgözəlov, Əyyub Quliyev, Fuad İbrahimov, tenor Azər Rzazadə, soprano Gülnaz İsmayılova çıxış edəcək”.

Xatırladaq ki, Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində London Royal Filarmonik Orkestrinin beş konserti təşkil olunacaq. İngiltərənin ən məşhur orkestrlərindən biri olan Royal Filarmonik Orkestri yüksək səviyyəli çıxışları və geniş repertuarı ilə beynəlxalq miqyasda dinləyicilərin qəlbinə yol tapıb. Orkestr Ser Tomas Biçam tərəfindən yaradılıb və hazırda onun qoyduğu ənənələr orkestrin bədii rəhbəri və baş dirijoru Şarl Dütua tərəfindən qorunur. Bu il 65 illiyini qeyd edən orkestr Rudolf Kempe, Antal Dorati, Andre Previn, Vladimir Aşkenazi, Daniele Gatti kimi hörmətli dirijorlarla əməkdaşlıq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR