Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkar Fikrət Əmirovun 90 illik yubileyinə həsr edilən konsert olub - FOTOSESSİYA
26 iyul 2012 19:51 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı, dahi bəstəkar Fikrət Əmirovun 90 illik yubileyi münasibətilə konsert olub. APA-nın məlumatına görə bu münasibətlə iyulun 26-da “Qafqaz Resorte” otelinin qarşısındakı açıq səma altındakı səhnədə Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub. Konsertdə bəstəkar Fikrət Əmirovun “Azərbaycan suitası”, “Kürd ovşarı” simfonik muğamı, “Sevil” operasından Balaşın və Sevilin ariyaları, “Azərbaycan elləri”, fortepiano və skripka üçün ikili konsert, “Şur” simfonik muğamı, “Azərbaycan kapriççiosu” səsləndirilib. Konsertdə xalq artisti, tanınmış xanəndə Mənsum İbrahimov, əməkdar incəsənət xadimləri Fəxrəddin Kərimov və Yalçın Adıgözəlov, Əyyub Quliyev (dirijor), Gülnaz İsmayılova (soprano), əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança), beynəlxalq mükafatlar laureatı olan gənc pianoçu, bəstəkar Fikrət Əmirovun Belçikada yaşayan nəvəsi Nəzrin Əfəndiyeva, Azər Rzazadə (tenor), Mustafa Mehmandarov (violin) iştirak edib.
Qeyd edək ki, həmin gün Qəbələdə Azərbaycan və Rusiyanın gənc musiqiçilərinin iştirakı ilə kamera musiqisi axşamı da olub. Konsertdə Azərbaycan və Avropanın görkəmli bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib.
Qeyd edək ki, həmin gün Qəbələdə Azərbaycan və Rusiyanın gənc musiqiçilərinin iştirakı ilə kamera musiqisi axşamı da olub. Konsertdə Azərbaycan və Avropanın görkəmli bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib.
İncəsənət
Gəncə Filarmoniyasında yeni qrupun təqdimatı olub
18:02
19 iyun 2024
Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində ilk dəfə milli stendlə təmsil olunur
16:19
19 iyun 2024
Gəncə Dövlət Filarmoniyasında "İntizar” operası təqdim olunub
16:15
18 iyun 2024
Gəncə Filarmoniyasında Bəstəkarlar İttifaqının 90 illiyinə həsr olunmuş növbəti konsert olub
14:20
17 iyun 2024