Azərbaycanlı gənc skripkaçı Madriddə Kraliça Sofiya adına Ali Musiqi Məktəbində təhsil alacaq
27 iyul 2012 11:53 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gənc istedadlı skripkaçı, prezident təqaüdçüsü Kamran Ömərli 2012-2013-cü tədris ilində İspaniyanın Madrid şəhərində yerləşən Kraliça Sofiya adına Ali Musiqi Məktəbində təhsil alacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,
Kamran Ömərli respublika müsabiqələri laureatı, H.Venyavski adına XIV Beynəlxalq Skripkaçılar Müsabiqəsinin (Polşa, 2011) diplomantıdır. Gənc skripkaçı dəfələrlə Azərbaycan Dövlət Simfonik və Kamera orkestrlərinin müşayiəti ilə çıxış edib.
K.Ömərli Nazirliyin dəstəyi ilə Litva Respublikasının Kaunas şəhərində keçirilmiş Gənc Musiqiçilərin XIX Beynəlxalq Festivalında (2010) və Polşanın Qdansk şəhərində Beynəlxalq Musiqi Akademiyasında tanınmış skripkaçı Maksim Vengerovun ustad dərslərində (2011) iştirak edib.
2010-cu ildə ölkə başçısının sərəncamı ilə Kamran Ömərlinin adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb və o, prezidentin fərdi təqaüdünə layiq görülüb.

İncəsənət
Gəncə Filarmoniyasında "Musiqi kimliyimiz" layihəsi təqdim edilib
14:32
21 may 2024
Bakıda Tacikistan mədəniyyəti günlərinin açılış mərasimi keçirilib - FOTO
19:48
20 may 2024
"Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib - FOTO
23:25
18 may 2024
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub
17:42
18 may 2024