Bank Of Baku

Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsertlər olub

Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsertlər olub
# 27 iyul 2012 19:35 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestrinin konserti olub. APA-nın məlumatına görə “Qafqaz Resorte” otelinin qarşısında quraşdırılan açıq səma altındakı səhnədə keçirilən konsertdə Azərbaycanın görkəmli bəstəkarlarından Ü.Hacıbəylinin “Arazbari”, Q.Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən rəqs, T.Quliyevin “Əziz surət”, “Sevgi valsı”, F.Əmirovun “Nizami” simfoniyasından II və IV hissələr, “1001 gecə” baletindən Bağdad bazarı, V.Adıgözəlovun “Şuşa”, F.Bədəlbəylinin “Dəniz”, A.Dadaşovun “Konsertino”, eləcə də xarici bəstəkarlardan A.Piazollinın “Fuqa misteriya”, F.Çileanın “Arlezianka” operasından Federikonun naləsi, İ.S.Baxın fortepiano və orkestr üçün konserti səsləndirilib.
Bakı Musiqi Akademiyasının professorları, əməkdar incəsənət xadimi Azad Əliyevin və əməkdar müəllim Tofiq Aslanovun dirijorluğu ilə baş tutan konsertdə pianoçular-Beynəlxalq Muğam Mərkəzinin direktoru, akademiyanın dosenti, Xalq artisti Murad Hüseynov, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadə, akademiyanın prorektoru Yeganə Axundova, akademiyanın dosenti, əməkdar artist Gülşən Ənnağıyeva, eləcə də vokalçılardan İtaliyanın Pezaro Musiqi Akademiyasının tələbəsi Azər Rzazadə (tenor) və beynəlxalq müsabiqələr laureatı Afaq Abbasovanın (soprano), Muğam Teatrının solisti, əməkdar artist xanəndə Aygün Bəylərin böyük məharətlə ifa etdiyi musiqi əsərləri alqışlarla qarşılanıb.
Bundan əlavə otelin kamera musiqisi zalında keçirilən konsertlərdə isə musiqi sevənlərə P.Sarasatenin, F.Pulentin, K. Debüssinin, J.Ninin, L.Delibin, A.Qlazunovun, M.İppolitovun, A.Arenskinin, C.Uilyamsın, K.Sen-Sansın, R.Leonkovallonun, P.Sorozabalın əsərləri təqdim olunub. Avropanın klasik musiqisinin həvəskarları səhnəyə çıxan Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadənin, İtaliyanın R.Leonkovallo Musiqi Festivalının və eyni adlı musiqi fondunun rəhbəri Ottavio Palmierinin (tenor) Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fəridə Məmmədovanın (soprano), opera tamaşalarında müxtəlif rolların ifaçısı Səbinə Əsədovanın (messo-soprano), Səidə Tağızadənin (piano), Aleksey Miltıxın (violonçel), Ümidə Abbasovanın (violin), İlahə Sadıxzadənin (piano) ifasını maraqla dinləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR