Bank Of Baku

Azərbaycanın gənc pianoçusu İsrailin ali musiqi məktəblərində təlim kurslarında iştirak edib

Azərbaycanın gənc pianoçusu İsrailin ali musiqi məktəblərində təlim kurslarında iştirak edib
# 28 iyul 2012 11:52 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanlı istedadlı gənc pianoçu və skripkaçı Osman Eyyublu Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iyul ayında İsrailin ali musiqi məktəblərində skripka və fortepiano ixtisasları üzrə intensiv təlim kurslarında iştirak edib. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında skripka və fortepiano ixtisasları üzrə təhsil alan O. Eyyublu gənc musiqiçilərin beynəlxalq müsabiqələrinin laureatıdır. 2010 və 2011-ci illərdə Bakı şəhərində Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivallarında uğurla çıxış edən gənc musiqiçi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiya, Qazaxıstan, İsveçrə və Niderlandda keçirilən müxtəlif tədbirlərdə, həmçinin Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyası nəzdində Mərkəzi Musiqi Məktəbində dərslərdə iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR