Bank Of Baku

“Tarixin yaddaşı: Şamaxı” filmi təqdim edilib

“Tarixin yaddaşı: Şamaxı” filmi təqdim edilib
# 30 iyul 2012 14:07 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ilə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin dəstəyi ilə ərsəyə gəlmiş “Tarixin yaddaşı: Şamaxı” filmi təqdim edilib.

APA-nın məlumatına görə, təqdimat mərasimi bu gün Şamaxı şəhər mədəniyyət sarayında baş tutub. 1918-ci il Şamaxı soyqırımına həsr edilmiş filmin təqdimat mərasimində Şamaxının millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanov, millət vəkilləri Qənirə Paşayeva, Fazil Mustafa, Qüdrət Həsənquliyev və rayon icra hakimiyyəti başçısının müavini Qasım Qasımov filmin əhəmiyyətindən, bədnam qonşuları tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklərin tarixinin öyrənilməsinin əhəmiyyətliliyindən danışıblar. Tədbir filmin nümayişi ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR