Bank Of Baku

Ağdabanlı şair Qurbanın 150 illiyi qeyd edilib - FOTO

Ağdabanlı şair Qurbanın 150 illiyi qeyd edilib - <font color=red>FOTO</font>
# 31 iyul 2012 09:44 (UTC +04:00)
Bakı – APA. “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Kəlbəcər rayon İcra Hakimiyyəti və “Aşıq Şəmşir” Mədəniyyət Ocağının təşkilatçılığı ilə Gəncədə yerləşən Cəfər Cabbarlı adına Gəncə şəhər Dram Teatrında Ağdabanlı şair Qurbanın 150 illiyi ilə əlaqədar olaraq möhtəşəm ədəbi-bədii gecə keçirilib.

APA-nın xəbərinə görə, ədəbi-bədii gecədə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Vidadi Məhərrəmov, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri, millət vəkili Qənirə Paşayeva, Azərbaycan Aşıqlar Birliyinin 1-ci katibi Məhərrəm Qasımlı, Aşıq Şəmşirin oğlu Qəmbər Şəmşiroğlu, Türkiyədən gəlmiş tanınmış sənətçi Nursaç Doğanişık, BAMF-n sədri Umud Rəhimoğlu, Avropa Qəzetçilər Birliyinin rəhbəri Adnan Fişəng, Təbriz-Qaradağ Aşıqlarının sədri Böyük bəy Ələkbəroğlu, aşıqlar qrupu, ziyalılar, folklorşünaslar, elm adamları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR