Bank Of Baku

Qəbələdə “Moskva solistləri” orkestrinin konserti olub

Qəbələdə “Moskva solistləri” orkestrinin konserti olub
# 01 avqust 2012 19:42 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ IV Beynəlxalq Musiqi Festivalı uğurla davam edir. APA-nın məlumatına görə avqustun 1-də Rusiyanın “Moskva solistləri” orkestrinin konserti olub. “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, “Moskva solistləri” kamera ansamblının yaradıcısı, “Qremmi” mükafatının sahibi Yuri Başmetin rəhbərliyi ilə keçirilən konsertdə bəstəkar E.Qriq, İ.Starvinski, F.Şubert və P.Çaykovskinin əsərləri təqdim olunub.
Həmin gün Qəbələdə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspirantı, Qəbələ II Beynəlxalq Piano Müsabiqəsinin qalibi, M.Rostropoviç və D.Şostakoviç adına musiqi fondlarının təqaüdçüsü olan rusiyalı pianoçu Andrey Yaroşinskinin də fərdi konserti olub. O, məşhur bəstəkarlar İ.S.Bax, İ.Albenis, Y.Haydn, R.Şuman və S.Raxmaninovun əsərlərini ifa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR