Bank Of Baku

Qəbələdə “Moskva solistləri” kamera orkestri bəstəkar Aleksandr Çaykovskinin “Xocalı” matəm musiqisini təqdim edib

Qəbələdə “Moskva solistləri” kamera orkestri bəstəkar Aleksandr Çaykovskinin “Xocalı” matəm musiqisini təqdim edib
# 02 avqust 2012 22:45 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov. “Moskva solistləri” kamera orkestri Moskva Dövlət Filarmoniyasının bədii rəhbəri, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının kafedra müdiri, Rusiyanın Xalq artisti, bəstəkar Aleksandr Çaykovskinin xüsusi olaraq Qəbələ IV Beynəlxalq Musiqi Festivalı üçün hazırladığı “Xocalı” matəm musiqisini təqdim edib. APA-nın məlumatına görə konsertdə musiqi əsərinin orkestrlə birgə “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, “Moskva solistləri” kamera orkestrinin yaradıcısı, “Qremmi” mükafatının sahibi Yuri Başmet, Xalq artisti Fərhad Bədəlbəyli (piano), məşhur violonçel ifaçısı Dmitri Yablonski, əməkdar artist tarzən Sahib Paşazadə ifa edib.
Konsertin ikinci hissəsində bəstəkar V.A.Mozart, T.Takemitsu, İ.Stravinski, D.Şostakoviç, Y.Benda, A.Vivaldi və A.Şnitkenin əsərləri ifa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR