Bank Of Baku

İkiqat “Qremmi” mükafatçısı Şarl Dütuanın rəhbərlik etdiyi London Royal Filarmonik Orkestri Qəbələdə konsert verib

İkiqat “Qremmi” mükafatçısı Şarl Dütuanın rəhbərlik etdiyi London Royal Filarmonik Orkestri Qəbələdə konsert verib
# 03 avqust 2012 19:20 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 3-də London Royal Filarmonik Orkestrinin növbəti konserti olub. APA-nın məlumatına görə iki dəfə “Qremmi” və 40-dan çox beynəlxalq mükafatın sahibi olan isveçrəli dirijor Şarl Dütuanın rəhbərlik etdiyi orkestr tamaşaçılara maraqlı konsert proqramı təqdim edib. Konsertdə bəstəkar Zoltan Kodayın, Moris Ravelin, Pyotr Çaykovskinin əsərləri təqdim olunub.
Həmin gün “Qafqaz Resorte” otelində növbəti kamera musiqisi axşamı keçirilib. Dünya şöhrətli avstriyalı bəstəkar Volfqanq Amadeus Motsartın və dahi alman bəstəkarı Robert Şumanın əsərləri səsləndirilib. Konsertdə rusiyalı musiqiçilər Andrey Yaroşinski (piano), Nadejda Tokareva (violin), Fyodor Amosov (violonçel), Aleksandr Akimovun (viola) iştirakı ilə təqdim olunan musiqi əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR