Bank Of Baku

Azərbaycan rəssamlarının əsərləri Türkiyədə nümayiş olunacaq

Azərbaycan rəssamlarının əsərləri Türkiyədə nümayiş olunacaq
# 13 avqust 2012 15:40 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA. Türkiyənin Aydın şəhərində 1 -9 sentyabr tarixlərində "Rənglərin vəhdəti” adı altında keçiriləcək beynəlxalq sərgidə Azərbaycan rəssamları da iştirak edəcək. APA-nın Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dünyanın 20-dən artıq fırça ustasının qatılacağı bu mötəbər sərgidə Azərbaycanı rəssamlar İlqar Əkbərov və Nəvai Mətin Məmmədoğlu təmsil edəcək.

Xatırladaq ki, Azərbaycanlı fırça ustaları bu ilin fevralında Türkiyənin İzmir şəhərində keçirilmiş "Şərqdən Qərbə, Qərbdən Şərqə" adlı sərgidə də ölkəmizi təmsil edib və "Beynəlxalq Sənətçilər Birliyi"nə üzv seçiliblər.
Bir sıra beynəlxalq sərgilərdə uğurla iştirak etmiş azərbaycanlı rəssamların əsərləri indiyədək Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR