Bank Of Baku

Vaşinqtonda Azərbaycanın xalq rəssamı Kamil Nəcəfzadəyə həsr olunmuş sərgi keçiriləcək

Vaşinqtonda Azərbaycanın xalq rəssamı Kamil Nəcəfzadəyə həsr olunmuş sərgi keçiriləcək
# 15 avqust 2012 14:09 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova- APA. Avqustun 28-dən sentyabrın 27-dək ABŞ-ın paytaxtı Vaşinqtonda görkəmli fırça ustası, Azərbaycanın xalq rəssamı Kamil Nəcəfzadəyə həsr olunmuş "Hər mənada azərbaycanlı rəssam: Kamil Nəcəfzadə" adlı sərgi keçiriləcək. APA - nın Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Amerikada fəaliyyət göstərən Qarabağ Fondunun təşkilatçılığı ilə həyata keçiriləcək sərgi çərçivəsində rəssamın oğlu, rejissor Şamil Nəcəfzadənin filmlərinin kinosessiyası da gerçəkləşəcək. Rejissorun dörd filmi Vaşinqtonda hər cümə axşamı günü nümayiş olunacaq.

Ş.Nəcəfzadə özü isə sentyabrın 6-da və 13-də filmlərin nümayişində iştirak edəcək, auditoriya ilə görüşündə tamaşaçıları maraqlandıran suallara cavab verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR