Bank Of Baku

Mirzə Fətəli Axundzadəyə həsr edilmiş «Sübhün səfiri» bədii filminin Bakı çəkilişləri başa çatıb

Mirzə Fətəli Axundzadəyə həsr edilmiş «Sübhün səfiri» bədii filminin Bakı çəkilişləri başa çatıb
# 16 avqust 2012 16:10 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında görkəmli yazıçı-dramaturq, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinə həsr edilmiş "Sübhün səfiri" tammetrajlı bədii filminin Bakı çəkilişləri başa çatıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, filmin çəkilişləri nazirliyin sifarişi ilə həyata keçirilib.

Növbəti çəkilişlərinin Şəki, Tbilisi və İstanbul şəhərlərində aparılması nəzərdə tutulub. Filmin ssenari müəllifi, xalq yazıçısı Anar, rejissoru Ramiz Həsənoğlu, operatoru Kənan Məmmədov, rəssamı Rafis İsmayılov, bəstəkarı Cavanşir Quliyev, icraçı prodüseri Adil Qulamovdur.

Ekran əsərində Mirzə Fətəli Axundzadənin gənclik dövrünü gənc aktyor
Nicat Həbibov, 50 yaşından ömrünün sonuna kimi olan dövrü xalq artisti Rasim Balayev, Bakıxanov rolunu Fəxrəddin Manafov, Həsən bəy Zərdabi rolunu Məmməd Səfa, Lermontov rolunu isə Oleq Əmirbəyov canlandırır.
Filmin 2012-ci ildə M.F.Axundzadənin 200 illik yubileyinə qədər təhvil verilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR