Bank Of Baku

Azərbaycanlı rəssamın əsərləri ABŞ-da keçiriləcək sərgidə nümayiş olunacaq

Azərbaycanlı rəssamın əsərləri ABŞ-da keçiriləcək sərgidə nümayiş olunacaq
# 23 avqust 2012 14:16 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın sürrealist rəssamı Mehriban Əfəndi ABŞ-ın Michigan ştatında keçiriləcək sərgiyə dəvət olunub. APA-nın məlumatına görə, avqustun 24-də açılacaq sərgi Muskegon şəhərində yerləşən “Dünya İncəsənəti”ndə baş tutacaq və bu sərgidə 12 rəssamın iştirakı nəzərdə tutulur. Azərbaycanlı rəssamın bir neçə əsəri avqustun 28-dək davam edəcək sözügedən sərgidə nümayiş olunacaq. Bildirilir ki, Mehriban Əfəndi uzunmüddətli əməkdaşlıq və əsərlərinin davamlı olaraq beynəlxalq sərgilərdə təmsil olunması ilə əlaqədar bu qalereya tərəfindən dəvət alıb. Bu artıq M.Əfəndinin bu yay mövsümü ərzində ABŞ-da iştirak etdiyi sayca 3-cü layihədir.

Bu mövsümdə azərbaycanlı rəssam Montana ştatında qadın zorakılığının əleyhinə keçirilən “Arts and Awareness”, Nyu-York ştatının Broadway küçəsində böyük elektron billboardlarda keçirilən sərgilərdə iştirak edib. Bu yaxınlarda “Artists Wanted” təşkilatı tərəfindən rəssamın ”Harmoniya” əsəri sərgi çərçivəsində keçirilən müsabiqənin xüsusi seçim turundan keçərək “Art Takes Time Sqaure” kitabında ilin ən yaxşı əsəri kimi çap edilmək fürsəti əldə edib. Bu da dünyanın bir çox ölkələrinin sənət adamları olan müasir və peşəkar fotoqraf, rəssam, heykəltəraş və dizaynerləri arasında keçirilən bir layihənin nəticəsidir.

Mehriban Əfəndinin Amerikada ilk fərdi sərgisi 2005-ci ildə Montana ştatının Biqfork şəhərində olub və Tauni O’Brayn adlı Amerika vətəndaşı tərəfindən həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR