Bank Of Baku

İlhamə Quliyeva bu gün palataya köçürülüb

İlhamə Quliyeva bu gün palataya köçürülüb
# 28 avqust 2012 10:52 (UTC +04:00)
Bu məlumatı APA-ya müğənninin prodüseri Lamiyə Ələkbərova deyib. O bildirib ki, hazırda İlhamə Quliyeva özünü yaxşı hiss edir, danışır və hərəkət edir: “Hazırda palata sistemində müalicəsi davam etdirilir. Özünü daha gümrah və yaxşı hiss edir. Ziyarətinə gəlmək istəyən sənət dostları həddindən artıq çoxdur, amma hələ ən yaxın insanları İlhamə xanımın yanına buraxılır. Bir çox sənətçilər bu günlər ərzində də xəstəxanaya gələrək İlhamə xanımın necə olması ilə maraqlanıblar”.

Qeyd edək ki, İlhamə Quliyevanın ürəyində avqustun 25-də 5 saatlıq şuntlanma əməliyyatı aparılıb. Sənətçi üç gün reanimasiyada qaldıqdan sonra bu gün palataya köçürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR