Bank Of Baku

Elçin Hami Axundov “Azanfilm” studiyasının direktoru vəzifəsindən azad edilib

Elçin Hami Axundov “Azanfilm” studiyasının direktoru vəzifəsindən azad edilib
# 30 avqust 2012 09:22 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Azanfilm” Animasiya filmləri studiyasına yeni bədii rəhbər - direktor təyinatı olub. Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxovun APA-ya verdiyi məlumata görə, bu vəzifəyə gənc rejissor Fariz Əhmədov təyin olunub. Bu vəzifəni uzun illər Elçin Hami Axundov icra edib. Y.Şeyxov Elçin Axundovun hazırda animasiya filmlərinin rejissoru kimi fəaliyyətini davam etdirdiyini qeyd edib: “Rəhbərliyin göstərişi ilə bu vəzifəyə Fariz Əhmədov təyin olundu. Elçin müəllim isə rejissordur. Vəzifəyə təyinat bir müddət əvvəl olub”.

Qeyd edək ki, F.Əhmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ssenarist ixtisasında (bakalavr səviyyəsi üzrə) və Moskvada Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda magistratura səviyyəsi üzrə təhsil alıb. Bir çox filmlərin quruluşçu rejissorudur.

Elçin Hami Axundov 1994-cü ildən "Azanfilm" animasiya filmləri studiyasının bədii rəhbəri, 2000-ci ildən direktoru olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR