Bank Of Baku

“Gənc kinematoqrafçıların müasir kinematoqrafiyada rolu” mövzusunda dəyirmi masa keçirilib

“Gənc kinematoqrafçıların müasir kinematoqrafiyada rolu” mövzusunda dəyirmi masa keçirilib
# 01 sentyabr 2012 10:44 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) “Gənc kinematoqrafçıların müasir kinematoqrafiyada rolu” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, toplantıda çıxış edən ARKİ-nin sədri, xalq artisti Şəfiqə Məmmədova gənc kinematoqrafçıların müasir kinematoqrafiyada rolu və bunun əhəmiyyətindən söz açıb. Ş. Məmmədova görülən işlər barədə məlumat verərək, gənclərin Azərbaycan kinosunun inkişafında iştirakının vacibliyini vurğulayıb. O, gənc kinorejissor Fariz Əhmədovu “Azanfilm” Animasiya filmləri studiyasnın direktoru vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib.

Tədbirdə gənc kinematoqrafçıların müasir kinematoqrafiyada rolunun artırılmasına xidmət edən tədris mərkəzinin yaradılması, gənclər mükafatının təsis edilməsi, “Bu meydan, bu ekran” müsabiqəsində ARKİ-nin iştirakı, yeni kino klubu və gənclərə yardım fondunun yaradılması, müsabiqələrin keçirilməsi, “İpək Yolu” Beynəlxalq Kino Festivalının təsis olunması mövzularında müzakirələr aparılıb, rəy və təkliflər irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR