Bank Of Baku

Cəmil Quliyev: “Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına yeni gənc üzvlər qəbul olunacaq”

Cəmil Quliyev: “Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına yeni gənc üzvlər qəbul olunacaq”
# 01 sentyabr 2012 12:00 (UTC +04:00)
Bakı. Etibar Məmmədov-APA. “Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının gənclər üzrə iş komissiyası yaradılır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib. Onun sözlərinə görə, yaradılacaq komissiya gənc kinematoqrafçıların problemlərinin həlli və gənclərin kinematoqrafiya prosesinə cəlb olunması istiqamətində fəaliyyət göstərəcək: “Gənclər üzrə iş komissiyası səmərəli və çoxşaxəli fəaliyyət göstərəcək. Burada gənc kinematoqrafçılara həsr olunan bir sıra məsələlər müzakirə olunacaq”.

C. Quliyev qeyd edib ki, hal-hazırda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında 28 gənc kinematoqrafçı var və idarə heyətinin qarşıdan gələn növbəti toplantısında yeni üzvlər qəbul olunacaq: “Biz gənclərə böyük ümidlər bəsləyirik. Bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının inkişafı gənclərlə bağlıdır və onlar bu prosesdə fəal iştirak etməlidirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR