Bank Of Baku

Bəhram Osmanov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru təyin olunub

Bəhram Osmanov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru təyin olunub
# 03 sentyabr 2012 11:48 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 85-ci teatr mövsümünə start verib. APA-nın məlumatına görə, bununla bağlı teatrda Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinin iştirakı ilə toplantı keçirilib. Toplantıda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrının 140, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 85-ci mövsümə qədəm qoyması münasibətilə teatrın kollektivini təbrik edib. Ə.Vəliyev son 6 ildən bu günə qədər Azərbaycan teatrının inkişafı sahəsində ölkə prezidentinin imzaladığı fərmanlar haqqında məlumat verib. Nazir müavini bu illər ərzində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işlərinin aparıldığını və həmin binaların istismara verildiyini vurğulayıb. 2012-ci ilin sentyabr-dekabr aylarında ölkəmizin ev sahibliyi edəcəyi Beynəlxalq tədbirlər haqqında ətraflı məlumat verən nazir müavini, noyabrın 5-7-də baş tutacaq Azərbaycanda II Beynəlxalq Teatr Konfransının önəmini xüsusilə diqqətə çatdırıb. Onun sözlərinə görə, ilk dəfə 2010-cu ildə həyata keçirilən «Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər» adlı Beynəlxalq Teatr Konfransı təcrübə mübadiləsi zəminində olduqca uğurlu olub.
Daha sonra nazir müavini ölkə başçısının müvafiq fərmanına uyğun olaraq yaş senzi ilə bağlı qərarlara aydınlıq gətirib. Ömrünü teatr sənətinə həsr edən və bu yolda əhəmiyyətli uğurlara imza atan teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimovanın yaş senzi ilə əlaqədar əməkdar incəsənət xadimi Bəhram Osmanovla əvəz olunduğunu diqqətə çatdırıb. Ə.Vəliyev C.Səlimovanı teatr sənətindəki uzun illik fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı, pul mükafatı ilə mükafatlandırıb, Azərbaycan teatr sənətindəki uzun müddətli səmərəli fəaliyyətini yüksək qiymətləndirərək ona təşəkkürünü bildirib. Qeyd edib ki, xalq artisti bundan sonra da öz fəaliyyətini quruluşçu rejissor kimi davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR