Bank Of Baku

Arif Quliyevə hipertonik ensefalopatiya diaqnozu qoyulub

Arif Quliyevə hipertonik ensefalopatiya diaqnozu qoyulub
# 03 sentyabr 2012 14:11 (UTC +04:00)
Aktyor bir neçə gün xəstəxanada qalacaq

Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın xalq artisti Arif Quliyev bir neçə gün Xəzər Dəniz Gəmiçiliyi Xəstəxanasında müalicə olunacaq. Xəstəxanadan APA-ya verilən məlumata görə, aktyora hipertonik ensefalopatiya diaqnozu qoyulub. Arif Quliyev bir neçə gün bu xəstəxanada müalicə kursu keçəcək və həkim nəzarətində olacaq. Xəstəxanadan o da bildirilib ki, aktyor bir dəfə də eyni diaqnozla və daha kəskin formada Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunub.

Qeyd edək ki, sentyabrın 2-də gecə saatlarında Ağcabədi rayonuna yas mərasiminə gedərkən yolda aktyorun vəziyyəti pisləşib. Xalq artisti Zərdab Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Ona burada hipertonik – krizis diaqnozu qoyulub, ilkin tibbi yardım göstəriləndən sonra Bakıya yola salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR