Bank Of Baku

Bakıda Azərbaycanın yeni qısametrajlı filmlərinin nümayişi keçiriləcək - FOTO

Bakıda Azərbaycanın yeni qısametrajlı filmlərinin nümayişi keçiriləcək - <font color=red>FOTO</font>
# 04 sentyabr 2012 12:15 (UTC +04:00)
Tədbir təşkilatçılarının APA-ya verdiyi məlumata görə, sentyabrın 14-dən 30-dək keçiriləcək nümayiş zamanı kino həvəskarlarına «Koramal», «İnkoqnito», «Ağ qan», «Nəfəs» və «24» qısametrajlı filmləri təqdim olunacaq. «Nizami» Kino Mərkəzində keçiriləcək tədbirdə sözügedən filmlər ardıcıl olaraq göstəriləcək.

Onu da qeyd edək ki, 17 gün davam edəcək bu tədbir çərçivəsində hər gün 3 seans (saat 16:00-da, 18:00-da və 20:00-da) təşkil olunacaq. Hər seans 80 dəqiqə davam edəcək. Seansa bir biletin qiyməti 5 manat təşkil edir.

Xatırladaq ki, sözügedən qısametrajlı filmlər bir sıra beynəlxalq kino festivallarının qalibi və iştirakçısı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR