Azərbaycanın xalq artisti Siyavuş Aslanın 77 yaşı tamam olur
![Azərbaycanın xalq artisti Siyavuş Aslanın 77 yaşı tamam olur](https://apa.az/storage/news/2012/september/05/big/blank.jpg)
APA-nın məlumatına görə, S. Aslanın 77 yaşı tamam olur.
Siyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996). Görkəmli aktyor televiziya tamaşalarında yüzdən çox obraz ifa edib. Siyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.

İncəsənət
![Bakı Xoreoqrafiya Akademiyasına infotur təşkil edilib - <span class="red_color">FOTO](https://apa.az/storage/news/2024/june/24/big/66792cee9d1f966792cee9d1fb17192173908b7b0cfaad2660573aab1153639a99cd.jpeg)
Bakı Xoreoqrafiya Akademiyasına infotur təşkil edilib - FOTO
![İsa Məmmədov, Əməkdar rəssam](https://apa.az/storage/news/2024/june/23/big/6677db4b521a26677db4b521a317191309556677db4b521a06677db4b521a1.jpg)