Bank Of Baku

Rus Dram Teatrında erotik səhnələrin yer aldığı tamaşanın premyerası olacaq

Rus Dram Teatrında erotik səhnələrin yer aldığı tamaşanın premyerası olacaq
# 18 sentyabr 2012 15:04 (UTC +04:00)
Teatrdan APA-ya verilən məlumata görə, bu tamaşa beynəlxalq səviyyədə hazırlanıb və tamaşanın hazırlanmasında Azərbaycanla yanaşı, Sankt-Peterburq və Gürcüstandan da mütəxəssislər dəvət olunub. Tamaşanın quruluşçu rejissoru Aleksandr Şarovski, quruluşçu rəssamı Sankt-Peterburqdan dəvət olunmuş Nikita Sazonovdur. Tamaşanın işıq rejissorluğu isə gürcü mütəxəssisisə həvalə edilib.

Bir sıra erotik səhnələrin yer aldığı tamaşada Fuad Poladov, Nataliya Şarovkskaya, Lalə Süleymanova, Oleq Əmirbəyov, Milana Madaxanova və başqaları rol alıb. Teatrdan o da bildirilib ki, yaşı 18-dən aşağı olan tamaşaçılar tamaşaya buraxılmayacaq. Bir günlük premyerası keçiriləcək tamaşanın biletinin qiyməti 11 manata satılıb. Artıq tamaşaya bütün biletlər satılıb qurtarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR