Bank Of Baku

Bakıda Üzeyir Hacıbəyli IV Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib

Bakıda Üzeyir Hacıbəyli IV Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
# 18 sentyabr 2012 19:56 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Sentyabrın 18-də Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli IV Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib.
APA-nın məlumatına görə, festivalın açılışından əvvəl jurnalistlərə açıqlama verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylini Tanrının Azərbaycan xalqına bəxş etdiyi misilsiz bir töhfə olduğunu qeyd edib. Bildirib ki, onun yaradıcı irsi təkcə öz xalqı üçün deyil, bütün bəşəriyyət üçün çox dəyərli mənəvi sərvətdir. Zaman keçdikcə Üzeyir sənəti dünya xalqları tərəfindən daha çox sevilir, onun əsərləri heç bir sərhəd tanımır: “Dünyanın ən möhtəşəm teatrlarının səhnəsində bu əsərlər dönə-dönə tamaşaya qoyulur, ekranlaşdırılır, məşhur müğənnilər tərəfindən sevilə-sevilə ifa olunur. Üzeyir bəyin əsərləri milli olduğu qədər də bəşəridir. Bu gün açılışı keçirilən Üzeyir Hacıbəyli IV Beynəlxalq Musiqi festivalında Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliyadan dünya şöhrətli musiqiçilər və kollektivlər iştirak edəcəklər. Festivalın işinə uğurlar arzu edirəm”.

IV Beynəlxalq Musiqi Festivalının açılış mərasimində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında geniş konsert proqramı təqdim edilib. Orkestrə xalq artisti, professor Rauf Abdullayev dirijorluq edib. Konsertin solisti fransalı violin ifaçısı Solenne Paidassi olub. Azərbaycan Dövlət Xor Kapellasının da çıxış etdiyi konsertdə Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra, III akt və “Şeyx Sənan” operasından fraqmentlər, həmçinin S.Prokofyevin Violin və orkestr üçün 2 saylı konsert səsləndirilib.

Üzeyir Hacıbəyli IV Beynəlxalq Musiqi Festivalı sentyabrın 29-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR