İosif Kobzon: “42 illik həyat yoldaşımla bal ayımızı məhz Azərbaycanda, Göygöldə keçirmişik” - FOTOSESSİYA
45 dəqiqəlik fasiləsiz ifadan sonra Azərbaycanda tamaşaçıları salamlayan İosif Kobzon, zalda 42 illik həyat yoldaşının əyləşdiyini qeyd edərək, onu tamaşaçılara təqdim edib: “Biz çox sevdiyim həyat yoldaşımla 42 ildir ailəliyik. Bizim 7 nəvəmiz var. Azərbaycan hər ikimizin çox sevdiyi, hər zaman zövq aldığımız və xatirələrlə dolu bir məkandır. Onu deyim ki, biz bal ayımızı da məhz Azərbaycanda, Göygöldə keçirmişik. Azərbaycanda çox olmuşam və son illər gəldiyimdə burdakı inkişafa çox sevinirəm. Burada çox qonaqpərvər, istiqanlı qarşılanıram. Hər gəlişimdə bu ölkəyə daha çox vuruluram. Bu səhnə mənə çox əziz və doğmadır”. İosif Kobzon çıxışı zamanı azərbaycanlı tamaşaçıları 18 sentyabr – Milli Musiqi Günü ilə təbrik edib, Üzeyir Hacıbəylinin, eləcə də Müslüm Maqomayevin doğum günlərini xatırlayıb. O, Üzeyir Hacıbəylinin çox böyük bəstəkar olduğunu vurğulayıb. Çıxışından sonra Kobzon tamaşaçı zalında əyləşmiş həyat yoldaşının şərəfinə mahnı ifa edib. 75 illik yubiley konsertinin sonuncu konsert olduğunu deyən İ.Kobzon, səhnədən ayrılmağın əsas çətinliyindən danışıb: “Mənim üçün səhnədən ayrılmaq ona görə çətindir ki, bu gün mənimlə bərabər səhnədə olan bu kollektivlə uzun illərdir çalışırıq. Biz bir ailəyik və mənə ən ağrılı gələn budur. Bu kollektivdən ayrılmaq çox çətindir”. Konsert boyu İosif Kobzon yaxın dostu olmuş Azərbaycanın görkəmli müğənnisi Müslüm Maqomayevi də xatırlayıb: “Yaşıma görə çox yaxşı qalmışam və sözsüz bu baxımdan itirdiyim çox az şey olub. Amma hər gecə gözümü yumanda həyatımda nə qədər əziz itkilərin olduğunu görürəm və bu mənə çox ağırdır. Müslüm Maqomayevlə yaxın dost olmuşuq və onun yoxluğu məni incidir. Bu mahnını isə ona həsr edirəm və deyirəm ki, onu hər zaman xatırlayıram”. Rusiyalı müğənni Bakıdakı sonuncu konsertində Rəşid Behbudovu da xatırlayıb və onun repertuarından bir mahnı ifa edib.
Konsertdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısı İlham Əliyevin sərəncamı ilə “Dostluq” medalı ilə təltif olunan İosif Kobzonu təbrik edib və bu mükafatı müğənniyə təqdim edib. Ə.Qarayev görkəmli musiqiçini Azərbaycanda, Bakı səhnəsində salamlayıb və yaddaqalan konsertə görə təşəkkürünü bildirib. Mədəniyyət və turizm naziri eləcə də İ.Kobzona prezident İlham Əliyevin salamlarını və təbrikini çatdırıb: “Dövlət başçısı Fransada səfərdə olduğu səbəbindən bu gün bu konsertdə iştirak edə bilməməsindən üzüldüyünü bildirdi. Cənab İlham Əliyev bildirdi ki, bu konsertdə iştirak edə bilməsə də, mütləq 80 illik yubileyi münasibəti ilə Bakıda verəcəyi konsertdə iştirak edəcək”. İ.Kobzon da öz növbəsində dövlət başçısı İlham Əliyevə təşəkkürlərini çatdırıb, lakin o, 80 illik yubileyi ərəfəsində belə bir konsert verə bilməyəcəyini bildirib: “Düzdür, konsert vermək üçün gəlməyəcəyəm, amma Azərbaycanın gözəlliyindən zövq almaq üçün bundan sonra da tez-tez gələcəyəm. Bu torpaq daima istedadlı, istiqanlı, vətənsevər övladlar yetişdirir və bu ölkəni çox sevirəm”.
İki hissəli konsert yalnız dəvətnamə ilə olub. Müğənninin ifaları alqışlarla qarşılanıb və ona gül dəstələri təqdim edilib. Müğənninin yubileyi ilə əlaqədar 11 ölkədə yubiley konserti keçiriləcək və bununla da İosif Kobzon konsert karyerasına son qoyacaq.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Hakan Fidan İstanbulda İshaq Dar ilə görüşüb
KİV: Ağ Evin mətbuat katibinin istefası Tramp administrasiyasında təəccüb doğurub
Şimali Kipr sahillərində gəmi batıb, 242 nəfər xilas edilib, 8 nəfər ölüb, 17 nəfərin axtarışı davam etdirilir - YENİLƏNİB-6
Şimali Kiprdə batan gəmidə olan 4 Azərbaycan vətəndaşı xilas edilib
Leysan olacaq - XƏBƏRDARLIQ
ABŞ-da atışma olub, 2 nəfər ölüb, 9 yaralı var
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
PUA hücumuna məruz qalan tanker Türkiyə sahillərində saya oturub
Aİ mənzillərin qısamüddətli kirayəyə verilməsinə qarşı qanun layihəsi hazırlayır
BDYPI leysan yağışlarla əlaqədar hərəkət iştirakçılarına çağırış edib
ABŞ İspaniyadakı aviabazanın modernləşdirilməsinə 100 milyon dollara qədər vəsait xərcləyəcək
İran gəmilərin Hörmüz boğazından rüsum ödəməklə keçdiyini iddia edir
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb