Azərbaycan muğamı ilk dəfə İspaniyada səslənəcək – FOTO
20 sentyabr 2012 07:56 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycanlı xanəndə Qoçaq Əsgərov sentyabrın 23-də İspaniyanın “İnstitut de Cultura de Barcelona” mərkəzində çıxış edəcək. Xanəndənin APA-ya verdiyi məlumata görə, o, bu məkanda musiqiçilərimizin müşayiəti ilə canlı oxuyacaq. Konsert Barselonada keçirilən «Merce-2012 – Merce Musica» beynəlxalq musiqi festivalı çərçivəsində təşkil edilir: “Bizim çıxışımız Azərbaycanın İspaniyadakı səfirliyinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin, eyni zamanda YUNESKO-nun eksperti Sənubər Bağırovanın dəstəyi nəticəsində baş tutur. Bu, Barselonada ilk azərbaycanlı musiqiçinin konserti hesab edilir”.
Xanəndə bildirir ki, konsertdə onu tarda Mircavad Cəfərov, kamançada Elnur Mikayılov, balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov müşayiət edəcəklər. Xanəndə muğam, təsnif və xalq mahnıları səsləndirəcək. Azərbaycanlı musiqiçinin konserti ilə bağlı afişalar artıq şəhərin küçələrinə vurulub.

İncəsənət
Azərbaycanın Xalq artisti vəfat edib
16:29
24 may 2024
Aşıq Şəmşirə həsr olunmuş "Musiqi Kimliyimiz" layihəsi başa çatıb - FOTO
21:02
23 may 2024
Türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib - FOTO
23:08
22 may 2024
Gəncə Dövlət Filarmoniyasında "Urbanda görüşərik" layihəsi çərçivəsində sərgi keçirilib - FOTO
12:43
22 may 2024