Türkiyənin görkəmli ozanı Neşet Ertaş vəfat edib
25 sentyabr 2012 09:06 (UTC +04:00)
UNESCO-nun “yaşayan insan xəzinəsi” adı verdiyi ozan bu səhər xəstəxanada dünyasını dəyişib
Bakı-APA. Türkiyənin görkəmli sənətçilərindən ozan Neşet Ertaş vəfat edib. APA-nın məlumatına görə, 1938-ci ildə Kırşehirdə anadan olmuş Neşet Ertaş türk xalq musiqisinin ən böyük bilicilərindən sayılır. Minə yaxın türkünü nota yazmış və bəstələmiş Neşet Ertaşın 22 albomu işıq üzü görüb. Dövlət sənətçisi fəxri adı almış ozana digər bir fəxri ad UNESCO tərəfindən verilib. UNESCO ozan Neşet Ertaşa “Yaşayan insan xəzinəsi” adı verib. İki gün əvvəl səhhəti qəfil pisləşən “Türkü baba” ləqəbli ozan İzmirdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və Neşet Ertaş bu səhər xəstəxanada vəfat edib.

İncəsənət
Füzulidə “Böyük Qayıdışın İstedadları” layihəsi çərçivəsində tədbir keçirilib
18:15
30 may 2024
Türkiyənin Azərbaycandakı səfirliyində Ebru sənəti ilə bağlı tədbir keçirilib
13:30
30 may 2024
Mədəniyyət Nazirliyi “Kapitan və Xəzər dənizi” və tələbə filmlərinin maliyyələşməsinə başlayıb
15:23
29 may 2024
Gəncə Filarmoniyasında ilk dəfə "Cücələrim" Uşaq Festivalı təqdim ediləcək
15:01
29 may 2024