Bank Of Baku

Finlandiya Milli Televiziyasında Qarabağ müharibəsindən bəhs edən film göstərilib

Finlandiya Milli Televiziyasında Qarabağ müharibəsindən bəhs edən film göstərilib
# 25 sentyabr 2012 12:12 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Finlandiyanın “YLE” Milli Televiziyasında Qarabağ müharibəsindən bəhs edən sənədli film nümayiş etdirilib. Finlandiyada yaşayan azərbaycanlı prodüser Tahir Əliyevin APA-ya verdiyi məlumata görə, “4-cü yol kəsişmənin uşaqları” adlanan film Ağdamdan ermənilər tərəfindən qovulan və Şəkidə qaçqın düşərgəsində yeni həyat qurmağa çalışan qaçqın qızlardan bəhs edir. Filmin əsas qəhrəmanları Günəş və Nənəş artıq böyüyüb Bakıda yaşasalar da, öz uşaqlıqlarını unuda bilmirlər.

Filmin rejissoru Ayno Halonen, prodüseri Tahir Əliyevdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR