Bank Of Baku

Azərbaycan musiqiçiləri IV Gənclər Musiqi Akademiyasına dəvət alıblar

Azərbaycan musiqiçiləri IV Gənclər Musiqi Akademiyasına dəvət alıblar
# 25 sentyabr 2012 15:05 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Azərbaycanlı gənc musiqiçilər oktyabrın 1-8-də Ukraynanın Lvov şəhərində xalq artisti Yuri Başmetin himayəsi altında keçiriləcək MDB ölkələrinin IV Gənclər Musiqi Akademiyasında iştirak etmək üçün dəvət alıblar.

APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın bir neçə istedadlı musiqiçisi bu akademiyada iştirak edəcək. Bu sırada Dövlət Xor Kapellasının artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti İlham Nəzərov (vokal), Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri - prezident təqaüdçüsü Ceyla Seyidova (skripka) və Üzeyir Mahmudbəyli (viola) var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR