Bank Of Baku

Azərbaycanlı rejissorun filmi Rusiyada nümayiş olunacaq - FOTO

Azərbaycanlı rejissorun filmi Rusiyada nümayiş olunacaq - <font color=red>FOTO </font>
# 27 sentyabr 2012 13:12 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycanlı rejissor Fariz Əhmədovun “Mayak” filmi Moskvada start götürmüş “Artkino” beynəlxalq kinofestivalında Azərbaycanı təmsil edəcək.

F. Əhmədovun APA-ya verdiyi məlumata görə, film sentyabrın 27-də “Звезда” kinoteatrında, 28-də “Мир Искусства” kinoteatrında, 29-da isə “Художественный” kinoteatrında nümayiş olunacaq. “Mayak” qısametrajlı bədii filmi Rusiya, Almaniya, Birləşmiş Ərəb Əmirliyi, İtaliya, İran, Gürcüstan, Serbiya kimi ölkələrin nüfuzlu kino festivallarında ölkəmizi təmsil edib. “Mayak” filmi Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran” müsabiqəsinin qalib kino layihəsi kimi 2012-ci ildə “Orman prodakşında” istehsal olunub.

Filmin ssenari müəllifi Esmira Əyyub, quruluşçu rejissoru Fariz Əhmədov, quruluşçu operatoru Nizami Abbas, quruluşçu rəssamı İbrahim Əminov, bəstəkarı Rauf Əliyev, montajçısı Rövşən Vaqifoğlu, bədii rəhbəri Cəmil Quliyevdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR