Bank Of Baku

Habil Əliyevin 85 illik yubileyi qeyd olunacaq

Habil Əliyevin 85 illik yubileyi qeyd olunacaq
# 01 oktyabr 2012 12:14 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın görkəmli kaman ifaçısı, xalq artisti Habil Əliyevin 85 illik yubileyi keçiriləcək. Yubiley mərasiminin oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında keçirilməsi nəzərdə tutulur. Yubileyin rejissoru Hafiz Quliyevin APA-ya verdiyi məlumata görə, tədbirdə yubilyarın həyat və yaradıcılığını əks etdirəcək video materialın nümayişi, eləcə də filarmoniyanın foyesində foto sərginin təşkili planlaşdırlır. H.Quliyev bildirib ki, mərasimdə sənətkar haqqında fikirlər tanınmış insanların dilindən səslənəcək. Eyni zamanda proqramda tanınmış xanəndələrin iştirakı da nəzərdə tutulur. Millət vəkili Rəfael Hüseynovun aparıcılığı ilə baş tutacaq tədbirdə 85 yaşlı Habil Əliyevin də öz yubiley tədbirində ifası gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR