Bank Of Baku

Bakıda II Ümumrespublika Dekorativ-tətbiqi sənət Festivalı təşkil olunacaq

Bakıda II Ümumrespublika Dekorativ-tətbiqi sənət Festivalı təşkil olunacaq
# 04 oktyabr 2012 09:11 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bakıda II ÜmumRespublika Dekorativ-tətbiqi sənət Festivalı təşkil olunacaq. Festival Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda baş tutacaq. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, II Ümumrespublika dekorativ-tətbiqi sənət festivalının Bakı şəhəri üzrə seçim turunda iştirak edənlərin siyahısı hazırlanır.

Sərgidə bədii şüşə, bədii oyma (ağac üzərində), zərgərlik, dulusçuluq (keramika), batika, makrame, bədii tikmə, toxunma qrafika, ikobana üzrə sənət nümunələri nümayiş olunacaq.

Sərginin açılış mərasimi oktyabrın 5-də baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR