Bank Of Baku

Ürəyindən əməliyyat olunan Afaq Bəşirqızı evə buraxılıb

Ürəyindən əməliyyat olunan Afaq Bəşirqızı evə buraxılıb
# 08 oktyabr 2012 09:00 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Ürəyindən cərrahiyyə əməliyyatı olunan Azərbaycanın xalq artisti, Musiqili Komediya Teatrının aktrisası Afaq Bəşirqızı evə buraxılıb. Aktrisanın ailəsindən APA-ya verilən məlumata görə, A. Bəşirqızı ötən həftənin şənbə günü axşam xəstəxanadan çıxıb. Hazırda özünü yaxşı hiss edən xalq artisti müalicəsini ev şəraitində davam etdirir.

Qeyd edək ki, Afaq Bəşirqızı sentyabrın 26-da ürək-damar sistemində ciddi problemlər olduğu üçün Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən 7 saatlıq əməliyyat olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR