Bank Of Baku

Azərbaycanlı rəqqaslar Eldar Cəfərov və Anna Sajina dünya çempionu olublar

Azərbaycanlı rəqqaslar Eldar Cəfərov və Anna Sajina dünya çempionu olublar
# 08 oktyabr 2012 13:04 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Kanadanın Monreal şəhərində idman rəqsləri üzrə peşəkarlar arasında yarış keçirilib. APA-nın məlumatına görə, Beynəlxalq Rəqs Şurasının versiyasında keçirilən yarışlarda iştirakçılar 10 nominasiya üzrə mübarizəyə qatılıblar. Mübarizədə azərbaycanlı rəqqasları Eldar Cəfərov və Anna Sajina uğurla çıxış ediblər. Azərbaycan təmsilçiləri ABŞ, Kanada, Almaniya, İsveç, Böyük Britaniya, İtaliya, Ukrayna, Rusiya, Avstraliya, Yaponiya və digər ölkələrin rəqqaslarını geridə qoyaraq dünya birincisi olublar.

Qeyd edək ki, bu cütlük sonuncu Avropa Çempionatında birinci yerə layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR