Bank Of Baku

Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı keçiriləcək

Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı keçiriləcək
# 08 oktyabr 2012 14:05 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə 16-25 oktyabr tarixlərində Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı keçiriləcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 10 gün ərzində Heydər Əliyev Sarayında, Azərbaycan Dövlət Filarmoniyasında, Bakı Caz Mərkəzində, Beynəlxalq Muğam Mərkəzində dünyanın tanınmış caz ustaları və qrupları, Azərbaycan musiqiçiləri çıxış edəcəklər.

Festivalda Mayk Stern (ABŞ), Qonzalo Rubalkaba (Kuba-ABŞ), Qlen Miller Caz Orkestri, Karmen Souza (Portuqaliya), Aleksandr Maşın (Rusiya), H30 qrupu (İsveçrə), Luçiano Biondini (İtaliya), Grzegorz Karnas (Polşa), "Breeze of caucasus" triosu (Gürcüstan), "Kool and the Ganq" qrupu ( ABŞ), Esra Dalfidan (Hollandiya), Vyaçeslav Qryaznov (Rusiya), Salman Qəmbərov, Rain Sultanov, İsfar Sarabski, Emil Əfrasiyab, Natiq Şirinov, Tünzalə Ağayeva, Tofiq Cabbarov, Əfqan Rəsul, Elçin Şirinov, Zaur Mirzəyev, Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestri və əməkdar artist Elnarə Kərimovanın rəhbərlik etdiyi "Buta" Kamera Xoru və digər caz ifaçıları çıxış edəcəklər. Konsertlərin biletlərini mərkəzləşdirilmiş kassalardan əldə etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR