Bank Of Baku

Məşhur amerikalı musiqiçi azərbaycanlı bəstəkar Firəngiz Əlizadənin əsərini ifa edib

Məşhur amerikalı musiqiçi azərbaycanlı bəstəkar Firəngiz Əlizadənin əsərini ifa edib
# 08 oktyabr 2012 14:07 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Cənubi Amerikaya növbəti turnesi zamanı amerikan ulduz skripkaçısı Hillari Han Braziliyanın paytaxtı Rio de Janeyrodakı Bələdiyyə Teatrında baş tutan kamera konsertində xalq artisti Firəngiz Əlizadənin violin və fortepiano üçün yeni «İmpuls» əsərini ifa edib.

Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 4 gün sonra Hillari Han məşhur çinli pianoçu Natali Xan Çju ilə həmin əsərin premyerası Ekvadorun Kito şəhərindəki məşhur «Teatro National» Konsert Salonunda baş tutub.

Qeyd edək ki, Hillari Han gənc olmasına baxmayaraq, çox tanınan və sevilən virtuoz skripka ifaçısıdır. O, Paqanininin (Nikola Paqanini - virtuoz italyan skripkaçı, bəstəkar, “24 Kapriz” əsərinin müəllifi) əsərlərinin ən yaxşı ifaçısı kimi də tanınır. Onun adının qarşısında həmişə «ulduz» sözü mütləq qeyd olunur. «İmpuls» əsəri məşhur ifaçının «Hillari Han və 27 məşhur bəstəkar» adlı yeni layihəsi çərçivəsində bəstələnib. Bu layihə üçün dünyanın məşhur 27 bəstəkarına yeni əsərlər sifariş edilib. Əsərin Braziliyada və Ekvadordakı uğurlu premyerasından təsirlənən Hillari Han onun müəllifliyi ilə bağlı müqavilənin müddətini daha iki il artırıb. Bu əsəri o, 2013-2014-cü illərdə dünyanın müxtəlif ölkələrində keçirilməsini planlaşdırdığı konsertlərdə ifa etmək niyyətindədir. Mətbuat vasitələrinə müsahibələrində Hillari Han qeyd edib ki, Firəngiz Əlizadəyə yeni, həmçinin iri həcmli əsər sifariş etmək arzusundadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR