Bank Of Baku

Bakıda Beynəlxalq İdman Filmləri festivalı başlayır - FOTO

Bakıda Beynəlxalq İdman Filmləri festivalı başlayır - <font color=red>FOTO</font>
# 09 oktyabr 2012 15:40 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bakıda I Bakı Beynəlxalq İdman Filmləri festivalı öz işinə başlayır. APA-nın məlumatına görə, bununla bağlı bu gün “Nizami” Kino Mərkəzinin konfrans zalında festivalın təşkilatçıları Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin nümayəndələrinin, eləcə də qonaqların iştirakı ilə mətbuat konfransı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov
bildirilib ki, 20-dək ölkənin qatıldığı bu tədbirdə 50-dən çox bədii və sənədli filmin nümayişi gözlənilir. Oktyabrın 11-dək davam edəcək festivalın münsiflər heyətinə kinorejissor, Serbiya Kinematoqrafçılar İttifaqının sədri Yovan Markoviç rəhbərlik edir.

Festivalın bədii rəhbəri, Rusiyanın tanınmış kino mütəxəssisi Nikolay Proxovnikdir.

Tədbirdə Münsiflər Heyətinin üzvləri - Bolqarıstandan Olimpiya mükafatçısı Vanya Bermendjiyeva , Belarusdan Mixail Jdanovski, xokkey üzrə 8 qat dünya, 2 qat olimpiya çempionu Vladimir Petrov , Azərbaycandan əməkdar incəsənət xadimi, kinorejissor
Cəmi Fərəcov təmsil olunur.

Y. Şeyxov deyib ki, festival çərçivəsində keçiriləcək müsabiqədə Azərbaycan iki filmlə təmsil olunacaq. Müsabiqədə 2 nominasiya üzrə 3 mükafat təqdim olunacaq.
Festivalda filmlərin nümayişi Nizami Kino Mərkəzinin zallarında keçiriləcək.

Festival iştirakçıları ən yüksək mükafat - "Qran-Pri" ilə yanaşı "İdman və cəmiyyət", "İdman və şəxsiyyət" müsabiqə nominasiyalarında iştirak edəcəklər. Bundan əlavə münsiflər heyəti tərəfindən "Xüsusi mükafat" da təqdim olunacaq.

Mətbuat konfransından sonra Kino Mərkəzdə festivalın açılış mərasimi keçirilib. Nizami Kino Mərkəzinin qarşısında hərbi orkestrin ifasında musiqilər səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR