Akademik Milli Dram Teatrında yazıçı Elçinin əsəri ilə bağlı qalmaqal yaranıb
APA-ya daxil olan məlumata görə, aktyorun teatrdan uzaqlaşmasının səbəbi baş nazirin müavini Elçin Əfəndiyevin pyesi əsasında, Mehriban Ələkbərzadənin rejissorluğu ilə hazırlanan “Qatil” tamaşası ilə bağlı olub. Belə ki, sözügedən tamaşada müvafiq rola təsdiqlənən və məşqlərə gələn İlyas Əhmədov səbəbsiz şəkildə roldan çıxarılıb və bu hal aktyora pis təsir edib. Bundan sonra aktyor haqsızlığa uğradığını səbəb göstərərək işdən çıxmaqla bağlı ərizə yazıb və ərizəsi teatrın direktoru İsrafil İsrafilov tərəfindən imzalanıb.
İsrafil İsrafilov: “Hansısa aktyor və ya əməkdaş ərizə yazıb işdən getmək istəyirsə, onun tələbi təmin olunur”
Teatrın rəhbəri İsrafil İsrafilov APA-ya açıqlamasında faktı təsdiqləyərək bildirib ki, aktyor öz ərizəsi ilə işdən uzaqlaşıb. Aktyorun işdən çıxmaqla bağlı ərizəsinə imza atan İ.İsrafilov bu məsələ ilə bağlı rejissor Mehriban Ələkbərzadə ilə əlaqə saxlamağı da məsləhət görüb. O, aktyorun işdən çıxma səbəbi haqqında məlumatsız olduğunu qeyd edib: “Hansısa bir aktyor və ya əməkdaş ərizə yazıb işdən getmək istəyirsə, onun tələbi təmin olunur. Bu qanuni haldır və qeyri-qanuni heç nə yoxdur. Kimisə döyüb, sıxıntıya salıb, təhqir edib burdan qovan yoxdur. Aktyor əgər ərizə yazıb gedirsə, bu təbii bir haldır. Mehriban Ələkbərzadə sağdır, ondan aktyor və rejissor münasibətlərini öyrənə bilərsiniz”.
Akademik Milli Dram Teatrından işdən çıxan aktyor: “Bir ay boyunca məşq etdim, dörd serialdan imtina etdim, çörəyimdən oldum”
Aktyor İlyas Əhmədov APA-ya açıqlamasında həqiqətən də teatrdan öz ərizəsi ilə çıxdığını təsdiqləyib və bunun səbəblərinə də aydınlıq gətirib. Aktyor bildirib ki, o, “Qatil” tamaşasında baş rola təsdiqlənib, lakin hansı səbəblə roldan çıxarılmasının səbəbi belə özünə deyilməyib: “Adamı yandıran odur ki, səbəbsiz olaraq məni o roldan kənarlaşdırdı. Bir ay “ay direktor, ay filankəs” deyib səbəbini demələri üçün arxalarınca düşdüm. Dedim ki, səbəbini rəsmi olaraq yazın ki, “bu aktyor məni qane etmədi”. Mənə heç bir səbəb gətirmədən, halbuki məşqlərin heç birində mənə bir dəfə də olsun “alınmır” sözü belə deməyib. Bizim truppa müdiri Elnura deyib ki, İlyasda problem yoxdur. Yaxşı, problem yoxdur, o zaman səbəbini açıqlayın. Əmrdə adım da yazılıb ki, İlyas Əhmədov Kişi rolunda çıxış edəcək. Çağırmaq və demək lazım idi ki, İlyas, bu səbəblərə görə mən səni məşqdən azad edirəm. Bu, mənə qarşı hörmətsizlik oldu. Mən hətta direktorun yanına qalxdım, o da dedi ki, “bəli, rejissoru çağırın rəsmi olaraq yazsın ki, nəyə görə İlyası biz roldan uzaqlaşdırırıq”. Bir həftə, on gün gözlədim və gördüm ki, mənim hisslərimlə oynanılır, səbrim tükəndi və ərizəmi yazdım. Ərizədə teatrdan çıxmağımın səbəbini də yazdım”.
Aktyor bildirib ki, teatrın direktoru İ.İsrafilov onun yanında zəng edərək “o xanıma deyin ki, əhval-ruhiyyə ilə aktyor seçmək olmaz” söyləyib, amma yenə də nəticəsiz olub: “Səbəbsiz olması və heç bir səbəb gətirilməməsi mənə təsir edir. Bir ay boyunca məşq etdim, dörd serialdan imtina etdim və çörəyimdən oldum. Axı bu real deyil. Mehriban Ələkbərzadəyə sübut etdim ki, hər şeyi siz istədiyiniz kimi həll etmirsiniz. Mənim də öz şərəfim, hörmətim var. Aktyorun ürəyi zərifdir, həssasdır, tez inciyir, onu sındırmaq lazım deyil. Onsuz da aktyor Azərbaycanda ən bədbəxt bir insandır. Onlar mənim hisslərimlə oynadılar. Teatrda belə heç kim işdən çıxmağımın səbəbini bilmir. İlk dəfədir bunu sizə danışıram. Mənim nə dayım var, nə tapşıran adamım var, nə də biznesmen deyiləm. O teatrda Qvazimoda, Fətulla bəy, “Uçqun”da baş rol oynamışam. Bəs bunlar hara getdi? 10 il mən o teatrda işləmişəm və bir anda hər şey silinib getdi. Siyavuş Aslan, Yaşar Nuri, Kamal Xudaverdiyev, Telman Adıgözəlov, Sevil Xəlilova getdi, onlar heç yada salınmır. Mən kiməm? Cəmi 10 il işləmişəm. Dostum Səbuhi Məmmədov 23 il işlədi və iki ay bundan əvvəl ərizəsini yazıb işdən çıxdı. Elə bil heç belə adamlar da yoxdur. Mən o zaman Mədəniyyət və İncəsənət Universitetini hədər yerə oxudum. Hamısından iyrənmişəm, heç kimə nəticəsi olmayan müraciətlər etməyəcəm”.
İ.Əhmədov deyib ki, “Qatil” tamaşasının məşqinə çox həvəslə gəlib, hətta rejissordan tez: “Axı mən dördüncü məşqdə artıq teksti yerə atmışdım, hətta qızın da sözlərini bilirdim. Nə oldu bəs axırı? Oturub düşünürəm ki, bəlkə nəsə olub, amma heç nə olmayıb. Akademik Milli Dram Teatrında elə fikir yaranıb ki, aktyorlar rejissordan asılıdır. Niyə, rejissor bizdən asılıdır. Mən öz istedadıma güvənirəmsə, rejissordan nə asılacağım ola bilər? O, artıq Milli Dram Teatrında “orda oturmayın, burda oturun” söhbətinə öyrəşib, amma mən bunu etmədim. Mən tələb edirəm ki, səbəbini açıqlasın. Əgər o, düşünsə ki, bir aktyorun taleyi ilə oynadı, o zaman vicdan əzabı çəkəcək...”
Mehriban Ələkbərzadə: “Hikməti seçdim və düz etdiyimi düşünürəm”
“Qatil” tamaşasının quruluşçu rejissoru Mehriban Ələkbərzadə APA-ya açıqlamasında İ.Əhmədovun roldan çıxarılma səbəbinə aydınlıq gətirib. Rejissor bildirib ki, iyun ayında sözügedən tamaşanın məşqlərinə başlayanda hər rola iki aktyor götürülüb: “Bu tamamilə yeni baxış idi. İlyas və Hikmət ikisi də eyni rola təsdiq olundu. Masa arxası məşqlərdə mən hər gün deyirdim ki, sizin ikinizdən biriniz qalacaqsınız. Burada mənim dublyorla işləməyə zamanım və həvəsim yox idi, çünki bir aktyorla işləmək daha rahatdır. Amma bu ikisinin içindən məndə daha çox inam doğuran Hikmət oldu. Mən demirəm ki, İlyas pisdir, o biri daha yaxşıdır. Bu rol üçün lazımi daxili aləmi mən Hikmətdə tapdım. Aktyor içindəki intellekt bazasından istifadə etməlidir. Bu məsələdə Hikməti seçdim və düz etdiyimi düşünürəm. Bu, sınaq idi və o, sınaqdan keçə bilmədi. Bir ay məşq oldu, bir ay fasilə və daha sonra yenidən başladıq. Niyə bu üç ayı yaxınlaşmır və premyeraya iki gün qalmış bu məsələni qaldırır? Şəxsi istəklər ola bilər, amma hamı hər şeyi edə bilməz. Yaxşı olardı ki, onlar bir az intellektləri ilə məşğul olardılar, çünki qətiyyən heç nə oxumurlar, öz üzərlərində işləmirlər. Bunu mən hər bir aktyora məsləhət görürəm”.
Rejissor ”Qatil” tamaşasında yer alan açıq-saçıq səhnələrin narazılıq doğurması məsələsinə də toxunub və bildirib ki, bu əsər 12 il bundan əvvəl qoyduğu tamaşadır və bərpası adı ilə işlənilib: “Dünən əsərin müəllifi Elçin müəllim tamaşaya baxıb və çox bəyənib. Tamaşada sındırılmış stereotiplər var. Aktyor pərdənin arxasında qucaqlaşır, öpüşür. Bu həyatdır, çox amansız həyatdır və bu amansız həyatın amansız qanunları var. Tamaşada açıq-səhnələrə etiraz edənlərin 90%-nin həyatda etdiklərini mənim aktyorlarım səhnədə edir və bu, əsərin məzmunundan gələn şeydir. Elçin müəllimin baxış zamanı ən çox qiymətləndirdiyi də elə bu oldu”.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Peskov: Putin-Tramp-Zelenski sammiti yalnız danışıqların sonunda keçirilə bilər
Hakan Fidan İstanbulda İshaq Dar ilə görüşüb
KİV: Ağ Evin mətbuat katibinin istefası Tramp administrasiyasında təəccüb doğurub
Şimali Kipr sahillərində gəmi batıb, 242 nəfər xilas edilib, 8 nəfər ölüb, 17 nəfərin axtarışı davam etdirilir - YENİLƏNİB-6
Şimali Kiprdə batan gəmidə olan 4 Azərbaycan vətəndaşı xilas edilib
Leysan olacaq - XƏBƏRDARLIQ
ABŞ-da atışma olub, 2 nəfər ölüb, 9 yaralı var
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
PUA hücumuna məruz qalan tanker Türkiyə sahillərində saya oturub
Aİ mənzillərin qısamüddətli kirayəyə verilməsinə qarşı qanun layihəsi hazırlayır
BDYPI leysan yağışlarla əlaqədar hərəkət iştirakçılarına çağırış edib
ABŞ İspaniyadakı aviabazanın modernləşdirilməsinə 100 milyon dollara qədər vəsait xərcləyəcək
İran gəmilərin Hörmüz boğazından rüsum ödəməklə keçdiyini iddia edir
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib