Bank Of Baku

Bülbülün 115 illiyinə həsr olunmuş festival və müsabiqə keçiriləcək

Bülbülün 115 illiyinə həsr olunmuş festival və müsabiqə keçiriləcək
# 12 oktyabr 2012 14:42 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın məşhur opera müğənnisi, SSRİ xalq artisti, Azərbaycan professional vokal məktəbinin banisi Bülbülün 115 illik yubileyinə həsr olunmuş musiqi festivalı və bu festival çərçivəsində milli musiqi alətləri ifaçılarının və xanəndələrin müsabiqəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 22-25 oktyabr tarixlərində keçiriləcək festival respublikada gənc istedadların aşkara çıxarılması, onların professional inkişafının dəstəklənməsi, ifaçılıq sənətinin inkişafına xidmət edir. Festival Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin təşkilatçılığı ilə keçiriləcək. 3 yaş qrupu üzrə keçiriləcək (I qrup 10-13 yaş, II qrup 13-16 yaş, III qrup 16-20 yaş) müsabiqə iki mərhələdən ibarət olacaq. Müsabiqənin yekun konsertinin oktyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində təşkil olunması nəzərdə tutulur.

İştirakçıların tar, kamança, qanun alətləri ifaçılığı üzrə I mərhələdə çıxış proqramına texniki əsər - Etüd və 5-7 dəqiqə həcmində Muğam kompozisiyası, II mərhələdə biri mütləq şəkildə F.Əmirov yaradıcılığından olmaqla 2 əsər daxil edilməlidir. Qeyd edək ki, F.Əmirov yaradıcılığına mütləq müraciət təsadüfi deyil, çünki 2012-ci il Azərbaycanın görkəmli bəstəkarı F.Əmirovun anadan olmasının 90 ili tamam olur. İştirakçıların balaban aləti ifaçılığı üzrə I mərhələdə çıxış proqramına 1 bəstəkar əsəri və 1 rəqs, II mərhələdə bir əsər və 5-7 dəqiqə həcmində Muğam kompozisiyası, xanəndələr üçün tələbata I mərhələdə eynilə Muğam kompozisiyası, II mərhələdə bir xalq və bir bəstəkar mahnısı daxil olunmalıdır. Qeyd edək ki, müsabiqəyə daxil olacaq ifaçı repertuarı üçün seçilməyə məqsədəuyğun əsərlər - tar aləti ifaçıları üçün - F.Əmirovun "Min bir gece" baletindən "Orgiya", V.Adıgözəlovun "Qərənfil", kamança aləti ifaçıları üçün - F.Əmirovun "Mən səni araram", S.Ələsgərovun "Tarantella", qanun aləti ifaçıları üçün - A.Gərayın "Tarantella", balaban aləti ifaçıları üçün - "Çoban Qara", Ü.Hacıbəylinin "Aşıqsayağı", "Sevgili canan", S.Kərimovun "Gecələr"; xanəndələr üçün - F.Əmirovun "Sevdiyim yardır mənim", "Kor ərəbin mahnısı", "Azərbaycan elləri", "Gülərəm gülsən", "Mən səni araram", xalq mahnılarından "Gözəlim sənsən", "Küçələrə su səpmişəm", "Evləri var xana-xana", "Aç xurcunu", "Aman nənə", "Ay dili -dili", "Yaylıq", "Süsən Sünbül", "Ay Laçın"dır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR