Azərbaycanın dövlət müstəqilliyinin 21-ci ildönümü münasibəti ilə «Yaşa, Azərbaycanım, yaşa!» adlı tədbir-sərgi təşkil olunacaq
15 oktyabr 2012 13:28 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 21-ci ildönümünə həsr olunmuş «Yaşa, Azərbaycanım, yaşa!»adlı tədbir-sərgi təşkil olunacaq. Muzeydən APA-ya verilən məlumata görə, sərgidə Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Təsviri sənət, rəsm-xətt və onun tədrisi metodikası» kafedrasının müəllimi Səyyar Əliyevin 35 ədəd rəsm əsəri nümayiş olunacaq. Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbə heyəti, rəssamlar, Prezident Qvardiyasının, Daxili Qoşunların əsgərləri və digər qonaqlar iştirak edəcəklər.
Oktyabrın 16-da keçiriləcək sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Oktyabrın 16-da keçiriləcək sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
İncəsənət
15 iyun - Milli Qurtuluş Günü münasibətilə Gəncə Filarmoniyası konsert proqramı nümayiş etdirib
12:37
15 iyun 2024
Gəncə Dövlət Filarmoniyasında “Sevgi Meksikadır” adlı konsert keçirilib - FOTO
10:23
15 iyun 2024
Gəncə Filarmoniyasında Bəstəkarlar İttifaqının 90 illiyi münasibətilə tədbirlər keçiriləcək
12:33
14 iyun 2024
Azərbaycanın Əməkdar artisti Özbəkistanda fəxri professor adına layiq görülüb
17:43
13 iyun 2024