Azərbaycanlı xanım vokalçı Qazaxıstanda beynəlxalq festivalda iştirak edib
16 oktyabr 2012 08:11 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Qazaxıstanın Karaqanda şəhərində vokal ifaçılığının banisi Qulyaj Beyseyitovanın 100 illiyinə həsr olunmuş beynəlxalq festival keçirilib. Festivala Azərbaycandan AzTV-nin və Akademik Opera və Balet Teatrının solisti, gənc vokalçı İlahə Əfəndiyeva iştirak edib. İlahə Əfəndiyevanın APA-ya verdiyi məlumata görə, Qazaxıstan Filarmoniyasının Simfonik Orkestrinin müşayiəti ilə İlahə Əfəndiyevanın ifasında C.Verdinin “Traviata” operasından Violettanın ariyası, Ş.Qunonun “Romeo və Cülyetta” operasından Cülyettanın ariyası və digər əsərləri səslənib.
İlahə Əfəndiyeva Azərbaycanı təmsil etmək üçün daha bir neçə festivallara da təkliflər alıb.
İlahə Əfəndiyeva Azərbaycanı təmsil etmək üçün daha bir neçə festivallara da təkliflər alıb.
İncəsənət
Mədəniyyət Nazirliyi “Kapitan və Xəzər dənizi” və tələbə filmlərinin maliyyələşməsinə başlayıb
15:23
29 may 2024
Gəncə Filarmoniyasında ilk dəfə "Cücələrim" Uşaq Festivalı təqdim ediləcək
15:01
29 may 2024
“Gəncə və gəncəlilər” layihəsi Qəmbər Hüseynlinin xatirəsinə həsr olunacaq
20:31
26 may 2024
77-ci Kann Film Festivalının qalibləri bəlli olub - FOTO
03:25
26 may 2024