Bank Of Baku

Azərbaycanlı musiqiçilər MDB ölkələri Dördüncü Gənclər Musiqi Akademiyasında iştirak ediblər

Azərbaycanlı musiqiçilər MDB ölkələri Dördüncü Gənclər Musiqi Akademiyasında iştirak ediblər
# 16 oktyabr 2012 09:56 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Ukraynanın Lvov şəhərində xalq artisti Yuri Başmetin himayəsi altında MDB ölkələri Dördüncü Gənclər Musiqi Akademiyası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Akademiyada gənc musiqiçilər İlham Nəzərov (vokal), Ceyla Seyidova (skripka), Üzeyir Mahmudbəyli (viola) iştirak ediblər. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, akademiya daimi fəaliyyət göstərən tədris müəssisəsi deyil, hər il oktyabr ayında keçirilən beynəlxalq layihədir. Akademiya zamanı tələbələr Sergey Edelman (fortepiano), Aleksandr Trostyanski (skripka), Svetlana Nesterenko (vokal), Vitali Astaxov (viola), Aleksey Seleznyov (violonçel) kimi tanınmış müəllimlərin və əlbəttə ki, Yuri Başmetin ustad siniflərində iştirak etmək imkanı qazanıblar. 11 ölkədən 42 gənc musiqiçinin iştirak etdiyi Akademiyada Azərbaycanın istedadı gəncləri musiqi ictimaiyyətinin diqqətini cəlb ediblər. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Ceyla Seyidova və Üzeyir Mahmudbəylinin ifaçılıq qabiliyyəti yüksək qiymətləndirilib, onlar Akademiyanın konsertlərində müvəffəqiyyətlə çıxış ediblər. Gənc vokalçı İlham Nəzərovun Akademiyada iştirakı və konsertlərdə uğurlu çıxışı xüsusilə böyük əks-səda doğurub. Bas-bariton və kontrtenor partiyalarını ifa edən İlham Nəzərov Lvov Akademiyasının "ulduzu" adlandırılır. İlham Nəzərov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və "Üns" yaradıcılıq səhnəsinin solistidir. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə İtaliyanın Ozimo şəhərində yerləşən D’Arte Lirica Akademiyasında təhsil alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR