Bank Of Baku

“Neftin adamı” sənədli filmi Sloveniyada beynəlxalq festivalda nümayiş etdirilib - FOTO

“Neftin adamı” sənədli filmi Sloveniyada beynəlxalq festivalda nümayiş etdirilib - <font color=red>FOTO</font>
# 16 oktyabr 2012 11:50 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Od Media- Production”un istehsalı olan qısametrajlı “Neftin adamı” sənədli filmi beynəlxalq festivalda təmsil olunub. Filmin rejissoru Seyran Mahmudoğlunun APA-ya verdiyi məlumata görə, film bu ay Sloveniyanın Lyublyana şəhərində keçirilən “Dokubazaar” beynəlxalq sənədli film festivalında iştirak edib. Festival çərçivəsində ümumilikdə Fransa, İran, Rusiya, Yaponiya, İspaniya, İtaliya, Polşa, Almaniya və s ölkələrdən 43 sənədli film nümayiş olunub.

“Neftin adamı” qısametrajlı sənədli filmi 2012-ci ilin noyabr ayında Finlandiyada keçiriləcək “Wildlife Vassa International Nature Film Festival”ına da dəvət alıb.

Filmin prodüserləri Seyran Mahmudoğlu, Esmira Əyyub, ssenari müəllifi Esmira Əyyub, quruluşçu operatoru Əli Sultanovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR