Bank Of Baku

Azərbaycan muğamı Niderlandda səslənəcək

Azərbaycan muğamı Niderlandda səslənəcək
# 17 oktyabr 2012 11:29 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan muğamını bir çox xarici ölkələrin səhnəsində səsləndirən xanəndə Qoçaq Əsgərov musiqiçi heyəti ilə Niderlanda səfər edib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sənətçi Amsterdam və Utrixtdə konsert proqramı ilə çıxış edəcək.

Konsertlər layihə “RASA muziek dans” layihəsi çərçivəsində həyata keçirilir. Musiqiçilərimizin çıxışı oktyabrın 17-18-də olacaq. Azərbaycanlı təmsilçilər «Bayatı-Şiraz» dəstgahı ilə proqramın bir hissəsini təqdim edəcəklər. Eyni zamanda konsertin təşkilatçıları instrumental ifaya da yer ayırıblar. Belə ki, bu hissədə azərbaycanlı musiqiçilər tar, kamança və balaban musiqi alətlərində ifa edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR