Bank Of Baku

Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin yubileyi ərəfəsində gənc instrumental ifaçılarının konserti olacaq

Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin yubileyi ərəfəsində gənc instrumental ifaçılarının konserti olacaq
# 18 oktyabr 2012 09:30 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına əməkdar xalq çalğı alətləri orkestri 80 illik yubileyi ərəfəsində Televiziya və Radionun gənc instrumental ifaçıları ilə konsert proqramı hazırlanır. Musiqi kollektivlərinin bədii rəhbəri, vokalçı Ramil Qasımovun APA-ya verdiyi məlumata görə, sözügedən proqramda Azərbaycan klassik bəstəkarların əsərləri gənclərin ifasında yeni interpretasiyada musiqi sevənlərə təqdim olunacaq. Gənclərlə konsertin hazırlanmasında daha bir məqsəd milli musiqinin təbliğidir. Orkestr özünün 80 illik yubileyinə də hazırlaşır. R.Qasımov onu da deyib ki, Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına xoru 75 illik yubileyi ərəfəsində Azərbaycan xalq mahnılarından ibarət konsert proqramı ilə çıxış edəcək.

Ramil Qasımov onu da əlavə edib ki, xorun tarixi haqqında kitab yazır. Kitabda Cahangir Cahangirovun adını daşıyan xorun bu günü, xorun yaranma tarixi, xorda çalışan sənətkarlardan söhbət açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR