Bank Of Baku

Qoçaq Əsgərov Yunanıstanda keçirilən Üomex festivalında iştirak edəcək

Qoçaq Əsgərov Yunanıstanda keçirilən Üomex festivalında iştirak edəcək
# 20 oktyabr 2012 11:14 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Hollandiyaya səfər gedən xanəndə Qoçaq Əsgərov Amsterdam və Utrix şəhərlərində konsertlər verib. Xanəndənin APA-ya verdiyi məlumata görə, uğurlu çıxışın ardınca o, heyətlə birlikdə Hollandiyadan Yunanıstana üz tutub. Xanəndə yüzlərlə ifaçı arasında ilk altılıqda təmsil olunan finalçılarla birgə Üomex festivalında birgə çıxış edəcək: «Qeyd edim ki, 866 musiqiçi arasından öncə, 33 nəfər, sonra əsas iştirakçılar olan altılıq müəyyən edilib. Həmin şanslılardan biri mən oldum. Müsabiqəyə 7 nəfərdən ibarət münsiflər heyəti baxır. Onlar çox məşhur və peşəkar musiqiçilərdir. Onları «7 samuray» adlandırırlar. Onlardan biri BBC-də «Dünya musiqi yolları» verilişinin aparıcısı Dusi Durandır. O, Alim Qasımovu Azərbaycan muğamının kralı, məni isə gənc şahzadəsi adlandırıb. Hollandiyadakı konsertimizin keçirilməsində də onun rolu var. O, YUNESKO-nun eksperti Sənubər Bağırova ilə yazışaraq, festivaldan öncə həmin iki konserti planlaşdırıblar».

Q. Əsgərov əlavə edib ki, oktyabrın 21-də çıxışından öncə ölkəsi və özü haqqında 15 dəqiqəlik çarx yayımlanacaq. Bu, bütün iştirakçılar üçün nəzərdə tutulub. Festival başa çatandan sonra həmin 6 iştirakçı haqqında sənədli film çəkiləcək. Xanəndəni bu konsertdə də tarda Mircavad Cəfərov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov, balabanda isə Coşqun müşayiət edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR