Bank Of Baku

Moskvada Müslüm Maqomayev adına vokalçıların ikinci beynəlxalq müsabiqəsi başa çatıb - FOTOSESSİYA

Moskvada Müslüm Maqomayev adına vokalçıların ikinci beynəlxalq müsabiqəsi başa çatıb - <font color=red>FOTOSESSİYA</font>
# 22 oktyabr 2012 08:07 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. Rusiya paytaxtında Müslüm Maqomayev adına vokalçıların ikinci beynəlxalq müsabiqəsi başa çatıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, finala vəsiqə qazanan 10 nəfər gəncin gərgin mübarizəsindən Özbəkistan təmsilçisi qalibiyyətlə ayrılıb.

Müsabiqənin ikinci günü Müslim Maqomayevin repertuarına müraciət edən gənc vokalçılar yenə də səhnəyə iki dəfə çıxıblar. Vokalçılar klassik və estrada janrında olan mahnıları ifa ediblər.

Müsabiqənin sonunda Tamara Sinyavskayanın rəhbərlik etdiyi münsiflər heyətinin qərarı açıqlanıb. Yekunda mümkün 240 xaldan 228-ni qazanan Özbəkistan təmsilçisi Jenizbek Piyazov müsabiqənin qalibi elan olunub. Qalibə Müslüm Maqomayev Fondunun rəhbəri Araz Ağalarov tərəfindən 25 min ABŞ dolları dəyərində pul mükafatı verilib.

Bununla da Müxtəlif ölkələrdən 17 gəncin iştirak etdiyi Müslüm Maqomayev adına vokalçıların ikinci beynəlxalq müsabiqəsi başa çatıb. Müsabiqədə Azərbaycanı Xəyyam Mustafazadə təmsil edib.

Xatırladaq ki, M. Maqomayevin həyat yoldaşı Tamara Sinyavskayanın rəhbərlik etdiyi münsiflər heyətinə Rusiyanın xalq artistləri Yelena Obratsova, Layma Vaykule, Dmitri Berman, Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli daxildir.

“Crocus City Hall”da gerçəkləşən müsabiqədə Emin Ağalarov da səhnəyə çıxıb. Uşaqlıq yaşlarından Müslim Maqomayev yaradıcılığının vurğunu olan məşhur bəstəkar və iş adamı dahi sənətkarın repertuarından olan və bir zamanlar onunla birgə oxuduğu “My Way” mahnısını ifa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR