Bank Of Baku

İsfar Sarabski Bakı Caz Festivalı çərçivəsində konsert proqramı ilə çıxış edib

İsfar Sarabski Bakı Caz Festivalı çərçivəsində konsert proqramı ilə çıxış edib
# 24 oktyabr 2012 10:28 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında əməkdar artist İsfar Sarabskinin konserti keçirilib. APA-nın məlumatına görə, festival Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə baş tutur. İki hissəli konsertdə İsfar Sarabski özünəməxsus ifaları ilə hər kəsi heyran edib. İsfar Sarabskini dinləyənlər arasında əcnəbi vətəndaşlar da çoxluq təşkil edib.

Gənc və istedadlı pianoçu İsfar Sarabski bir çox beynəlxalq layihələrdə uğurlar qazanıb. Onun adı Azərbaycanın Gənc İstedadlarının “Qızıl kitabı”na daxil edilib. 2009-cu ildə İsveçrədə “Montreux Jazz Festival” Beynəlxalq musiqi festivalının qalibi olub. Hazırda o, dünyanın ən nüfuzlu musiqi universitetlərindən sayılan Berkli Musiqi Kollecində (Berklee College of Music) təhsil alır.

Bakı Beynəlxalq Caz Festivalı oktyabrın 25-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR