Bank Of Baku

Azərbaycanlı dirijorun Vyana Dövlət Kamera Orkestri ilə konserti olub

Azərbaycanlı dirijorun Vyana Dövlət Kamera Orkestri ilə konserti olub
# 29 oktyabr 2012 15:08 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Avropanın dünya şöhrətli kollektivlərindən biri olan Vyana Dövlət Kamera Orkestri ilə konserti olub. Ə.Quliyevin APA-ya verdiyi məlumata görə, konsert Avstriyanın məşhur Vyana Konserthauz (Wiener Konzerthaus) salonunun Motsart zalında gerçəkləşib. “Toyota Bakı Mərkəzinin” dəstəyi ilə keçirilən bu səfər zamanı Əyyub Quliyev və Vyana Kamera orkestri dünya klassik musiqisi ilə bərabər dahi Azərbaycan bəstəkarları – Üzeyir Hacıbəyovun “Arazbarı” və Qara Qarayevin “7 gözəl” və “İldırımlı yollarla” baletindən nümunələri ilk dəfə olaraq avstriyalı dinləyicilərə təqdim ediblər. Konsert ənənəvi olaraq Vyana Konserthauz salonunda keçirilən “Beynəlxalq müsabiqələr qalibləri” silsiləsi çərçivəsində gerçəkləşib. Həmin layihədə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən beynəlxalq müsabiqələr laureatları olan dirijorlar, müğənnilər və instrumental ifaçılar dəvət olunur. Dinləyicilərin böyük marağına səbəb olan konsertin biletləri bir həftə öncədən satılıb və hər bir əsərin ifasından sonra musiqiçilər dəfələrlə səhnəyə dəvət olunublar. Əyyub Quliyevlə bərabər çıxış edən Hannover beynəlxalq müsabiqəsinin qalibi Fumiaki Miura (Yaponiya ) İohann Sebastian Baxın 1-ci skripka konsertin uğurlu ifası ilə dinləyicilərə unudulmaz anlar yaşadıb. Eyni zamanda həmin gecə məşhur Avstriya bəstəkarı Helmut Şmidingerin “Tənhalıq” simfoniyasının dünya premyerası baş tutub. Konsertdə iştirak edən müəllif sonda səhnəyə qalxaraq ifaçılara öz təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR