Bank Of Baku

“Nizami” Kino Mərkəzində “Carçıfilm” günləri keçiriləcək

“Nizami” Kino Mərkəzində “Carçıfilm” günləri keçiriləcək
# 30 oktyabr 2012 14:24 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Carçıfilm” Yaradıcılıq Birliyi Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Teleradio işçilərinin peşə bayramı ərəfəsində “Nizami” Kino Mərkəzində “Carçıfilm” günləri keçiriləcək.

İTV-dən APA-ya verilən məlumata görə, noyabrın 1-dən 5-dək davam edəcək “Carçıfilm” günlərində yaradıcılıq birliyinin istehsal etdiyi bədii və sənədli filmlər nümayiş olunacaq. Noyabrın 1-də, saat 11:00-da “Nizami” Kino Mərkəzində layihənin açılış mərasimi olacaq. Tədbirdə İctimai Teleradio Şirkətinin, Mədəniyyət və Turizm Nazirliyinin, Kinostudiyanın, digər kino, teatr, təhsil, mədəniyyət strukturlarının, ictimai təşkilatların nümayəndələri, tanınmış rejissorlar, aktyorlar, operatorlar iştirak edəcəklər. Açılış mərasiminə gələnlər “Carçıfilm”in fəaliyyətinə həsr olunmuş filmə baxacaqlar. Elə həmin gün şair-yazıçı Ramiz Rövşənlə quruluşçu rejissor Cavid Təvəkkülün “Carçıfilm”də istehsal edilən “Səhərə inan” filmi nümayiş etdiriləcək.

Noyabrın 2-dən 5-dək “Nizami” Kino Mərkəzində gün ərzində 3 seans olmaq şərtilə “Carçıfilm”in filmləri nümayiş etdiriləcək. Filmlərə giriş pulsuzdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR